BAKI, 16 aprel. TELEQRAF.

Afrikada internetə çıxış dərəcələri qlobal səviyyədən xeyli aşağıdır.

Teleqraf xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Nümayəndələri belə qənaətə gəliblər.

Onların məlumatına görə, Afrika əhalisinin yalnız 37%-nin internetə çıxışı var, halbuki qlobal orta statistik göstərici 67% təşkil edir.

Bundan əlavə, Afrika rəqəmsal potensialın ciddi çatışmazlığından əziyyət çəkir: dünya məlumat mərkəzlərinin yalnız 2%-i Afrika qitəsində yerləşir.

BMT İnkişaf Proqramının Afrikada keçirilən panel müzakirəsi zamanı iştirakçılar Afrikada süni intellekt və rəqəmsal infirmasiya infrastrukturuna investisiyaların artırılmasının vacibliyini vurğulayıblar.