
BAKI, 16 aprel. TELEQRAF
Hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
Teleqraf xəbər verir ki, məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Aprelin 16-sı saat 06:00-a olan məlumata əsasən küləyin maksimal sürəti 33 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3 metrdir.