BAKI, 16 aprel. TELEQRAF

Qlobal istiləşmə insanların psixi sağlamlığına ağır təsir göstərə bilər.

Teleqraf xəbər verir ki, “Nature Climate Change” jurnalında avstraliyalı alimlərin bu mövzuda araşdırması dərc olunub.

Nəşrin yazdığına görə, qlobal istiləşmənin qarşısını almaq üçün aktiv tədbirlər görülməsə, psixi və davranış pozğunluqları 2050-ci ilə qədər 49 faiz arta bilər.

Müəlliflər 2003-cü ildən 2018-ci ilə qədər Avstraliyanın sağlamlıq göstrəricilərini təhlil ediblər. Onlar hədsiz bürkülərlə narahatlıqdan, depressiyadan tutmuş şizofreniyaya və psixoloji asılılığa qədər müxtəlif diaqnozlarla xəstəxanaya yerləşdirmə halları arasında güclü əlaqə olduğunu bildirirlər. Məsələn, 2008-ci ildə Adelaida ştatında 15 günlük bürkülər zamanı uşaqlar arasında xəstəxanaya müraciətlər 64 faiz, yaşlı insanlar arasında isə 10 faiz artıb.

Hətta mülayim istiləşmə ehtimalı belə (2100-cü ilə qədər 3°C-dən az), Avstraliyada psixi pozğunluqların yayılmasının 2030-cu illərdə 11 faiz, 2050-ci illərdə isə 27,5 faiz artacağını pqoqnozlaşdırmağa imkan verir. İqlim kəskin şəkildə pisləşərsə, bu rəqəm 49 faiz arta bilər.

Araşdırma müəlliflərinin fikrincə, bürkü yuxunu poza, stresi artıra və mərkəzi sinir sisteminə oksigen tədarükünü azalda bilər ki, bu da psixi xəstəlikləri gücləndirir.