
BAKI, 16 aprel. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" (ADY) ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Teleqraf xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
Güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün, Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.
ADY-dən bildiriblər ki, baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir.
"Azərbaycan Dəmir Yolları" hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.