BAKI, 16 aprel. TELEQRAF

PSJ Fransa klubları arasında rekorda imza atıb.

Teleqraf “OptaJean” statistik portalına istinadən xəbər verir ki, parislilər Çempionlar Liqasında (ÇL) 9-cu dəfə yarımfinala yüksəlib. Daha öncə heç bir Fransa klubu bu həddə çatmamışdı. Əvvəllər PSJ-dən başqa, “Marsel” nüfuzlu turnirin ilk dördlüyünə səkkiz dəfə vəsiqə qazanıb.

Qeyd edək ki, PSJ ÇL-də İngiltərənin “Aston Villa” klubunu mübarizədən kənarlaşdıraraq, yarımfinalına çıxıb.