​BAKI, 6 aprel. TELEQRAF

Türkiyədə Ramazan Enis Kocakülah adlı vətəndaş evlənmək istəyini bildirmək üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib.

Teleqraf xəbər verir ki, fevral və mart ayları ərzində parlamentə 21 fərqli məktub göndərən vətəndaş hər müraciətində ayrı-ayrı qadın aparıcıların adını qeyd edərək onlarla ailə qurmaq istəyini bildirib.

Televiziya aparıcıları ilə evlənmək istəyən Kocakülah son müraciətində isə 46 yaşlı pop müğənnisi Bengünü seçib. Onun bəzi müraciətlərini tanışlarının da imzalayaraq dəstək verdiyi məlum olub.

Psixi sağlamlığının yerində olmadığı iddia olunan Enis Kocakülahın müraciətlərində qeyd etdiyi şəxslərin siyahısı belədir:

Kübra Par - aparıcı

Bengü Erden - müğənni

Cansın Helvacı - aparıcı

Fulya Öztürk - jurnalist

Hilal Özgani - aparıcı

Deniz Satar - aparıcı

Merve Tepe - aparıcı

Hande Aydemir - aparıcı