
BAKI, 7 aprel. TELEQRAF
İsrailin müdafiə naziri İsrael Katz Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyini İranla birbaşa əlaqələrdə ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Kəşfiyyat bölməsi mənə Qəzza zolağında HƏMAS liderlərinin tunellərində tapılan məxfi sənədi təqdim etdi. Bu, İran və HƏMAS liderləri arasında birbaşa əlaqələri, eləcə də İranın HƏMAS-ın İsraili məhv etmək və 7 oktyabr 2023-cü il hücum planını dəstəklədiyini sübut edir", - Katz deyib.
O bildirib ki, sənəddə HƏMAS-ın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Gücündən İsrailin məhvini maliyyələşdirmək üçün 500 milyon dollar tələb etdiyi qeyd olunur.
Nazir həmçinin vurğulayıb ki, İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni edəcək.