
BAKI, 7 aprel. TELEQRAF
Füzuli Rayon Məhkəməsinin sədri Aqil Əlisa oğlu Musayev tutduğu vəzifədən uzaqlaşdırılır.
Teleqraf xəbər verir ki, bu, bir sıra apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması barədə Milli Məclisə daxil olan layihədə əksini tapıb.
Lahiyəyə əsasən, A.Musayevin vəzifəsi dəyişdirilir. O, Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.
Xatırladaq ki, A.Musayev əvvələr Şəki Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
O, Prezident İlham Əliyevin 2022-ci il dekabrın 28-də imzaladığı sərəncamla Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.