BAKI, 7 aprel. TELEQRAF

2024-cü ildə Almaniyanın büdcə kəsiri 2023-cü illə müqayisədə 12,7 milyard avro artaraq 104,4 milyard avroya çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “Praym” agentliyi federal statistika agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ümumi dövlət büdcəsi üzrə xərclər əvvəlki illə müqayisədə 7,1 faiz, gəlirlər isə 6,8 faiz artıb. Gəlirlər 1,98 trilyon avro, xərclər isə 2,08 trilyon avro təşkil edib.

Bildirilir ki, dövlət xərcləri ilk dəfə olaraq 2 trilyon avronu keçib.