BAKI, 7 aprel. TELEQRAF

Sudanın Əl Faşer şəhərinin sakinləri fəlakətli vəziyyətlə üzləşiblər.

Teleqraf xəbər verir ki, bu barədə “Arab News” yerli hüquq müdafiə qrupuna istinadən məlumat yayıb.

Bildirilir ki, şəhərin aylarla davam edən mühasirəsi fonunda sakinlərin vəziyyəti sürətlə pisləşib.

Məlumata görə, Əl Faşerdə və Darfur bölgəsinin digər hissələrində həyat tamamilə dayanıb, bazarlarda ərzaq yoxdur, humanitar yardım çatdırılmır. Əsas malların qiymətləri kəskin artıb və ciddi nağd pul qıtlığı var.

Sudanın yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri Darfurun çox hissəsini nəzarətə götürüb. Bununla belə, Əl Faşerin böyük hissəsi hələ də silahlıların nəzarətindədir.