BAKI, 7 aprel. TELEQRAF

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusnun yerləşdiyi mövqeləri növbəti dəfə atəşə tutub.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən bildirilib.

"Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - deyə məlumatda qeyd olunub.