BAKI, 7 aprel. TELEQRAF

Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.

Teleqraf xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Müzakirələrdə Zəfər Əhmədovun Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi məqsədəuyğun görülüb.

Bundan başqa, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunur.

Həmçinin Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.

Aşağıda adları qeyd olunan hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək:

- Allahverdiyev Elbəy Hidayət oğlu;

- Əyyubov Fərid İlham oğlu;

- Sarıyev Xəyal Əjdər oğlu.

Bundan başqa, vəzifələri dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.

Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev, Şəmkir rayon Məhkəməsinin hakimi Taleh Musayev Şəki Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, Ağdaş rayon məhkəməsinin hakimi Cavid Sultanov, Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev, Saatlı rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək;

Elşad İbiş oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək: