LƏNKƏRAN, 7 aprel. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri Əsgər Nicat oğlu Musazadə Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olub.

Teleqraf-ın cənub bürosunun məlumatına görə, hərbçinin cənazəsi dəfn olunmaq üçün doğulduğu Lənkəran rayonunun Göyşaban kəndinə gətirilib.

Burada keçirilən vida mərasimində Ə.Musazadənin yaxınları, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və kənd sakinləri iştirak ediblər.

Ə.Musazadənin cənazəsi böyük izdihamla Göyşaban kənd qəbiristanlığına gətirilib, torpağa tapşırılıb.