
BAKI, 7 aprel. TELEQRAF
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi mina partlayışı ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, bu barədə səfirlik “X” hesabında paylaşım edib.
“Ağdam və Cəbrayıl bölgələrində daha bir neçə mina hadisəsinin baş verməsi, o cümlədən iki uşağın zərər çəkməsi xəbəri bizi dərindən kədərləndirdi. Böyük Britaniya 2020-ci ildən ANAMA və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edərək, Azərbaycanda kişilər və qadınların minatəmizləmə fəaliyyətlərini, habelə mina təhlükələri ilə bağlı maarifləndirmə və mina qurbanlarına yardımı dəstəkləyir",- paylaşımda deyilir.