
BAKI, 7 aprel. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron aprelin 8-9-da Qahirədə misirli və iordaniyalı həmkarları Əbdülfəttah əl-Sisi və II Abdullahla üçtərəfli görüş keçirəcək.
Teleqraf xəbər verir ki, müzakirə mövzusu Qəzza zolağındakı vəziyyət olacaq.
Sammit Misir prezidentinin dəvəti ilə İsrailin Qəzzada HƏMAS-a hücumlarının yenilənməsi və Livanda “Hizbullah”a qarşı əməliyyatların intensivləşməsi fonunda təşkil ediləcək.
Makron sabah Qəzza zolağından 50 kilometr qərbdə yerləşən Misirin Əl-Ariş limanına da baş çəkəcək. Əl-Ariş Qəzzaya beynəlxalq yardım üçün əsas tranzit məntəqələrindən biridir.