BAKI, 7 aprel. TELEQRAF

Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə birləşməsi realdır.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.

Siyasətçi qeyd edib ki, Gürcüstan bu mövzuda səbrli olacaq.

"Səbr və düzgün siyasətlə hər şey mümkündür", - Kobaxidze vurğulayıb.

O, bu məsələnin həllinin müxtəlif amillərdən asılı olacağını bildirib.