.jpg)
BAKI, 7 aprel. TELEQRAF
Hindistan ABŞ Prezidenti Donald Trampın ticarət tariflərinə dərhal cavab verməyəcək və diqqətini ticarət sazişi üzrə danışıqlara yönəldəcək.
Teleqraf xəbər verir ki, bunu "Bloomberg"ə Hindistan hökumətinin nümayəndəsi bildirib.
Mənbənin sözlərinə görə, Hindistan qarşıdurma yox, dialoq istəyir.
O əlavə edib ki, ölkə ABŞ ilə balanslaşdırılmış və ədalətli ticarət sazişi üzərində işləməyi planlaşdırır.