BAKI, 7 aprel. TELEQRAF

Nikol Paşinyandan (Ermənistan baş naziri) qurtulma prosesi və ondan sonrakı dövr çox ciddi risklərə malikdir.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

“Nikoldan qurtulma prosesi və ondan sonrakı dövr ciddi risklərə malikdir. Ermənistanın müharibədən sonrakı bərpası ciddi intellekt, dünyagörüşü, zaman və imkanları düzgün qiymətləndirmək, dünya ilə danışmaq üçün düzgün dil tələb edir”, - ekspert bildirib.

Ovannisyan qeyd edib ki, bu baxımdan Ermənistanın imkanları məhduddur və gələcəkdə vəziyyət onun üçün çox çətin olacaq.