
BAKI, 31 mart. TELEQRAF
“ABŞ Qrenlandiyanı almayacaq”.
Teleqraf xəbər verir ki, bu sözləri ölkənin yeni baş naziri Yens-Frederik Nilsen sosial şəbəkə hesabında deyib.
Nazir bildirib: “Prezident Donald Tramp ABŞ-nin “Qrenlandiyanı alacağını” söyləyib. Açıq bəyan edirəm ki, biz başqalarına aid deyilik”.
Yada salaq ki, bir neçə gün öncə D.Tramp bəyan etmişdi ki, ABŞ hakimiyyəti Qrenlandiyanı əldə etmək məqsədinə nail olacaq. Ağ Ev rəhbərinin sözlərinə görə, rəsmi Vaşinqton hərbi güc tətbiq etmədən buna müvəffəq ola bilər.