
BAKI, 31 mart. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisindən məlumat verilib.
Xəbərə görə, iki dövlət başçısının əsas müzakirə mövzusu Ukrayna müharibəsi olub. Liderlər Rusiya Prezidenti Vladimir Putinə qarşı kollektiv təzyiqin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Dövlət başçıları yaxın günlərdə yenidən əlaqə saxlaycaqlar.