GƏNCƏ, 1 aprel. TELEQRAF

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrinin birində qeydə alınıb.

Yolu keçmək istəyən 1948 -ci il təvəllüdlü Sədaqət İsmayılovanı avtomobil vurub. 77 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Hazırda onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma başlanılıb.