
BAKI, 30 mart. TELEQRAF
Martın 28-də Myanmada baş vermiş 7,9 bal gücündə zəlzələ nəticəsində ən azı 1700 nəfərin həyatını itirdiyi təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Myanma Dövlət İnzibati Şurası xəbər yayıb.
Hazırda 3400-dən çox insan yaralanıb, 300 nəfər isə itkin düşüb.
Qeyd edək ki, zəlzələnin təkanları Çin və Tailandda da hiss olunub.