
BAKI, 1 aprel. TELEQRAF
Həyatın yaşam sığortasına yatırımlar artıb.
Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının xəbərinə görə, bu ilin yanvar-fevral aylarında həyatın yaşam sığortası yığımları 23,2 milyon manat və ya 28,9 faiz artaraq 80,4 milyon manat olub.
Hesabat dövründə həyatın yaşam sığortası üzrə ödənişlər isə 9,3 milyon manat və ya 15,6 faiz artaraq 59,6 milyon manat olub.