
BAKI, 1 aprel. TELEQRAF
ABŞ bir neçə A-10 bombardmançı təyyarəsini Yaxın Şərqə göndərib.
Teleqraf xəbər verir ki, bu barədə “Air and Space Forces Magazine” jurnalı məlumat yayıb.
"Təyyarələrlə birlikdə 300-dən çox amerikalı hərbçi də bölgəyə göndərilib. Əlavə qüvvələrin Yaxın Şərqə göndərilməsi ABŞ silahlı qüvvələrinin Yəməndəki Husi üsyançılarına qarşı əməliyyatlarının başlanması ilə əlaqələndirilir. Həmin təyyarələrə hansı xüsusi tapşırıqların veriləcəyi isə açıqlanmayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Tramp Yəməndə təxminən bir hissəsini idarə edən Husi üsyançılarına qarşı hərbi əməliyyatın başlanmasını elan edib.