BAKI, 1 aprel. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 faiz çoxdur.

Sığorta şirkətlərinin ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,45 faiz çoxdur.