BAKI, 1 aprel. TELEQRAF

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.

Azərbaycan Boks Federasiyasından Teleqraf-a verilən məlumata görə, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Göygöldən sonra Bakıda davam etdirilir.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda Azərbaycan yığması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistan milliləri də iştirak edirlər.

Qeyd edək ki, birgə məşqlər aprelin 10-da yekunlaşacaq.