BAKI, 1 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın paytaxtı Beyruta hava zərbələri zamanı İranın xüsusi təyinatlı “Qüds” briqadasının üzvü Həsən Əli Məhmud Bədiri məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada sözügedən şəxsin “Hizbullah”ın 3900 nömrəli xüsusi təyinatlı bölməsinin də üzvü olduğu bildirilib.