BAKI, 1 aprel. TELEQRAF

"Turan Tovuz"un futbolçusu Emmanuel Hakman klubunu dəyişə bilər.

Teleqraf-ın əldə etdiyi məlumata görə, toqolu müdafiəçinin karyerasını Yaxın Şərq ölkələrinin birində davam etdirmək fürsəti yaranıb.

Hakmana BƏƏ, Küveyt və Qətər klubları maraq göstərir.

30 yaşlı oyunçunun Tovuz təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Emmanuel Hakman 2023-cü ilin sentyabrından "Turan Tovuz"da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda 1 qolla yadda qalıb.