GƏNCƏ, 1 aprel. TELEQRAF

Gəncədə sərnişin avtobusu qəza törədib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

4 nömrəli marşurut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.