
BAKI, 1 aprel. TELEQRAF
Ukrayna Rusiya tərəfindən qanunsuz ərazi işğalını nə bu gün, nə də gələcəkdə tanıyacaq.
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Rusiya tərəfindən işğal edilmiş əraziləri heç vaxt tanımayacağıq, ordumuza hansısa məhdudiyyət qoyulmasına razı olmayacağıq, müttəfiq seçimimizin (NATO-ya üzvlük - red.) qarşısının alınmasına heç vaxt imkan verməyəcəyik”, - nazir vurğulayıb.
Xatırladaq ki, Ukraynanın işğal edilmiş torpaqlarının Rusiya əraziləri kimi tanınması, Ukrayna Silahlı Qüvvələrinin məhdudlaşdırılması və bu ölkənin NATO-ya üzvlüyündən imtina edilməsi tələbləri Moskva tərəfindən irəli sürülüb.