
BAKI, 30 mart. TELEQRAF
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə şəhər rəhbərliyi xəbər yayıb.
Məlumata görə, Taylandın paytaxtında baş verən fəlakət zamanı 32 nəfər yaralanıb, 83 nəfər itkin düşüb.
Ən çox ölüm - 9 nəfər Banqkokun şimalında tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması nəticəsində baş verib. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Banqkok meri Çatçat Sittiphan bildirib ki, mühəndislik xidmətləri şəhərdə 723 binaya baxış keçirib və onlardan ikisinin təhlükəli olduğu aşkarlanıb.