
BAKI, 1 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Nazirlər Kabineti “e-bildiriş” sisteminin tərtibi, tətbiqi və uçotu qaydalarını təsdiq edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən:
“e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları təsdiq edilib.
Dövlət rüsumu üzrə “e-bildiriş”in tətbiqi ilə bağlı mədaxil qəbzi forması müəyyən olunub.
Yeni sistemin tətbiqi dövlət rüsumlarının ödəniş prosesini daha şəffaf və rahat etməyi hədəfləyir.