
BAKI, 1 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Nazirlər Kabineti Maliyyə Nazirliyi işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə yeni qaydaları təsdiqləyib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən:
Maliyyə Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitin istifadəsi qaydaları təsdiqlənib.
Qayda “Dövlət rüsumu haqqında” Qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.
Bu addım Maliyyə Nazirliyi əməkdaşlarının rifahını artırmaq və onların maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.