
BAKI, 1 aprel. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1 faiz artaraq 1 milyard 17 milyon 766.5 min manata olub.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gömrük rüsumları üzrə daxilolmalar 289,709 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 682,186 milyon manat aksizlər üzrə daxilolmalar 38,792 milyon manat, yol vergisi üzrə daxilolmalarisə 7,078 milyon manat təşkil edib.