BAKI, 1 aprel. TELEQRAF

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Teleqraf xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasında çıxış edən klublara cəzalar tətbiq olunub.

Azərbaycan Premyer Liqasında XXVIII turun “Qarabağ”la ev oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimələnib.

“Qarabağ” isə azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri səbəbindən 1 500 manat ziyana düşüb.

Turun “Araz-Naxçıvan”la ev oyununda 6 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi”yə 700 manat cərimə kəsilib.

“Araz-Naxçıvan” isə formasında qüsur olması səbəbindən oyun gec başladığı üçün 800 manat cərimə edilib.

“Səbail” komandası ilə ev oyununda “Kəpəz” azarkeşləri 6 ədəd oturacaq sındırıblar. Tovuz şəhər stadionuna dəymiş zərəri Gəncə klubunun ödəməsinə qərar verilib.