BAKI, 1 aprel. TELEQRAF

Rusiyanın təcavüzü təkcə Ukrayna ilə məhdudlaşmayacaq, buna görə də resursların artırılmasına təcili ehtiyac var.

Teleqraf xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karsten Breyer deyib.

“Rusiya bizi təhdid edir. Putin tərəfindən hədələnirik. Bunun qarşısını almaq üçün nə lazımdırsa etməliyik”, - Baş Qərargah rəisi bildirib.

Breyer əlavə edib ki, NATO dörd il ərzində baş verə biləcək hücuma hazır olmalıdır:

“Məsələ hazırlaşmaq üçün nə qədər vaxt lazım olduğu deyil, Putinin hazırlaşmağımız üçün bizə nə qədər vaxt verəcəyidir. Nə qədər tez hazırlasaq, bir o qədər yaxşıdır”.