
BAKI, 1 aprel. TELEQRAF
AFFA Yüksək Qızlar Liqasının "Baku Juniors" klubunun futbolçusu Xanmana Əhmədova 4 oyunluq disklafikasiya olunub.
Teleqraf xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Səbəb kimi Əhmədovanın martın 22-də evdə "Dirçəliş”ə qarşı oyunun 28-ci dəqiqəsində etdiyi təcavüzkar davranış göstərilib. O, qırmızı vərəqə alaraq meydandan qovulub.