BAKI, 1 aprel. TELEQRAF

Azərbaycan parlamentinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov görüş təklifimi rədd edib.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

“Azərbaycanlı həmkarım görüş təklifimi açıq şəkildə rədd etdi”, - erməni deputat bildirib.

Xatırladaq ki, ötən həftə Xandanyan Seyidova müraciət edərək, Ermənistan və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin iclasının keçirilməsini və sərhəddə görüşməyi təklif etmişdi.