
BAKI, 1 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin tətbiqi ilə bağlı qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən:
“Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” sistemi təsdiq edilib.
Maliyyə Nazirliyi sistemin formalaşdırılması, idarə edilməsi və inkişafı üçün tədbirlər görəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin edəcək.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə sistemin təhlükəsizliyi və elektron hökumət tələblərinə uyğunluğunu təmin edəcək.
Qərarın icrası dövlət rüsumlarının elektron şəkildə idarə edilməsini təmin edərək vətəndaşlar üçün daha rahat və şəffaf xidmət göstərəcək.