BAKI, 1 aprel. TELEQRAF

"Atamın səhhətində hər hansı dəyişiklik yoxdur. Süni tənəffüs aparatına qoşulub".

Bu sözləri Teleqraf-a Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin qızı Leyla Rəhimli atasının səhhəti haqqında danışarkən deyib.

"Atam hələ də reanimasiyadadır. Qan vermək üçün müraciət edənlər var. Amma atamın vəziyyətindən görünür ki, çox qan lazım olacaq. Qana ehtiyac olsa, bu haqda elan verəcəyik", - o bildirib.

Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.

Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.