BAKI, 28 mart. TELEQRAF

Bu gün həbs olunan Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul məhkəmənin qərarına münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları məlumat yayıb.

Y.Qutrsul bildirib ki, Qaqauz muxtariyyəti başsız qaldı.

Qutsulun vəkili isə bildirib ki, Kişinyov məhkəməsinin həbslə bağlı qərarına etiraz ediləcək.

Xatırladaq ki, martın 28-də Kişinyov məhkəməsi Moldova Qaqauz Muxtar Respublikasının rəhbəri Yevgeniya Qutsulu 20 sutka müddətinə həbs edib.

Bundan əvvəl Moldovanın Korrupsiyaya Qarşı Milli Mərkəzi (MKM) siyasətçinin Şor partiyasının qanunsuz maliyyələşdirilməsində əli olması iddiası ilə 2023-cü ildə başlanmış cinayət işi çərçivəsində Yevgeniya Qutsulu Kişinyov hava limanında saxlamışdı.