BAKI, 1 aprel. TELEQRAF

Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf verir ki, sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi bu ərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.