BAKI, 1 aprel. TELEQRAF

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən milyarder İlon Mask Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Baş Qərargahında olub.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Amerika nəşri yazır ki, digər dövlət qurumlarından fərqli olaraq, DOGE-nin MKİ-nin məlumat bazalarına və ya daxili sistemlərinə çıxışı olmayacaq.

Mask Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və onun müavini Maykl Ellis, eləcə də digər kəşfiyyat rəsmiləri ilə görüşüb. Mask onlara büdcə xərclərini azaltmaq səylərində MKİ üçün faydalı ola biləcək təklifləri təqdim edib.

“Axios” xatırladır ki, kəşfiyyat xidməti bundan əvvəl fəaliyyətində səmərəliliyini artırmaq üçün öz bölməsini yaradıb. Yeni qurum artıq bir neçə həftədir fəaliyyət göstərir.