
BAKI, 1 aprel. TELEQRAF
İspaniyanın "Levante" klubunun futbolçusu Giorgi Koçoraşvili karyerasını Portuqaliya "Sportinq"ində davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə II La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Gürcüstan milli komandasının yarımmüdafiəçisi mövsümün sonuna qədər "Levante"də çıxış edəcək, daha sonra isə Portuqaliya klubuna keçəcək.
Qeyd edək ki, Giorgi Koçoraşvili 2023-cü ilin yayından "Levante"nin şərəfini qoruyur. O, cari mövsüm ərzində meydana çıxdığı 26 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.