BAKI, 1 aprel. TELEQRAF

Göyçayda yeniyetmənin zorakılığa məruz qalması ilə bağlı iddialar araşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf-ın sorğusuna cavabda bildirilib.

Məlumata görə, onun valideyni ilə birlikdə ərazi polis orqanına dəvət olunaraq izahatı alınıb.

Araşdırma zamanı yeniyetmə qızın zorakılığa məruz qalması təsdiqini tapmayıb.

Qeyd edək ki, ötən gün Göyçay rayonunda kişi ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb.

Məlumatda rayon ərazisində 2009-cu il təvəllüdlü qızın ögey atasının zorakılığına məruz qalması barədə polisə müraciət etməsi qeyd olunurdu.