
BAKI, 25 mart. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin artilleriyasının Kremenski bələdiyyə dairəsini atəşə tutması nəticəsində 6 nəfər həlak olub.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə tanınmamış Luqansk Xalq Respublikasının (LXR) rəhbəri Leonid Paseçnik öz "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, ölənlərdən 3-ü jurnalistdir. “İzvestiya”nın müxbiri Aleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru və sürücüsü Andrey Panov və Aleksandr Sirkeli həlak olublar.
Məlum olub ki, jurnalistləri daşıyan mülki avtomobil iki HIMARS raketi ilə vurulub. "WarGonzo" "Telegram" kanalının məlumatına görə, hücum zamanı daha bir hərbi müxbir ağır yaralanıb.
Rusiya tərəfi jurnalistlərin ölümü ilə bağlı cinayət işi açıb.