XANKƏNDİ, 26 mart. TELEQRAF

Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu vəzifəyə Rizvan Ələsgərov təyin edilib.

O, buna qədər Daşkəsən rayon Təhsil sektorunda müdir müavini, baş məsləhətçi vəzifələrində çalışıb.