
TOVUZ, 26 mart. TELEQRAF
Tovuzda ata evinə qonaq gedən qadın dəm qazından boğularaq ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhərindən ata evinə qonaq gələn 1983-cü il təvəllüdlü K.Əmrahova dəm qazından boğulub.
Hadisə yerinə rayon polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Mərhumun Bakı şəhərində həkim işlədiyi deyilir.