BAKI, 26 mart. TELEQRAF

Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyini gözlənilir. Lakin gündüz saatlarında qısa müddətli yağış yağacağı ehtimalı var.

Bunu Teleqraf-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti olacaq.

O bildirib ki, bölgələrdə yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir: “Martın 27-si gündüz saatlarında bəzi yerlərdə arabir yağıntı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq”.