BAKI, 26 mart. TELEQRAF

İspaniyanın Baş naziri Pedro Sançes Avropa ordusunun yaradılması ilə bağlı təklif irəli sürüb.

Teleqraf xəbər verir ki, o, bu barədə Deputatlar Konqresində (parlamentin aşağı palatası) çıxışı zamanı çağırış edib.

Dünyadakı geosiyasi vəziyyətin və ABŞ siyasətindəki dəyişikliklərin daha mürəkkəbləşdiyini vurğulayan Sançes deyib: "27 ölkədən ibarət Avropa ordusunun yaradılmasının regionda davamlı sülhü təmin etmək üçün vacibdir. Bizim etməli olduğumuz şey silahlı qüvvələr icması yaratmaq, ona bir bayraq altında və eyni maraqlarla rəhbərlik etməkdir. Yalnız bu yolla biz əsl birliyə çevriləcək və regionumuzda davamlı sülhə zəmanət verəcəyik".